Almaniyanın Münxen şəhərində iki yük qatarı toqquşub.
NTV “Bild” qəzetinə istinadla xəbər verir ki, dəmir yolu keçidində baş verən toqquşma zamanı qatarlardan birinin bir neçə vaqonu körpüdən aşaraq küçəyə düşüb.
Polisin məlumatına görə, hadisə nəticəsində bir nəfər ağır xəsarət alıb.
Qəza zamanı qatarlarla yük daşınmayıb. Bu dəmir yolu ancaq yükdaşımada istifadə olunduğu üçün qəza sərnişin qatarlarının hərəkətinə təsir etməyib.
