satellite   Azerspace-1: 11135 H 30000

Konqoda “Ebola” virusundan ölənlərin sayı 245 nəfərə çatıb

Konqoda “Ebola” virusundan ölənlərin sayı 245 nəfərə çatıb

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib.

 

NTV xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.

 

Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.

 

Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı artıb. Onun sözlərinə görə, “Ebola” xəstələrinin müalicəsi üçün çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri genişləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM