satellite   Azerspace-1: 11135 H 30000

Antalyada Roma dövrünə aid mozaika aşkar ed

Antalyada Roma dövrünə aid mozaika aşkar ed

Türkiyənin Antalya vilayətində yerləşən Aspendos Əntiq Şəhərində aparılan qazıntı işləri zamanı Roma dövrünə aid Anadolu mozaika sənətinə məxsus son dərəcə mühüm bir kəşf üzə çıxarılıb.

NTV  xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.

Nazir bildirib ki, aşkar edilən mozaikanın mərkəzində şəhərə həyat verən Evrimedon çayını simvolizə edən “Gənc Evrimedon” təsviri yer alır. Qamış yarpaqları, amfora (səhəngəbənzər saxsı qab) və balıq fiqurları ilə zənginləşdirilən bu kompozisiya suyun, bərəkətin və həyatın simvolik ifadəsini əks etdirir. Kiçik tesseralarla (mozaika parçaları) yaradılan rəng keçidləri, zəngin detalları və yüksək sənətkarlıq səviyyəsi ilə diqqətçəkən bu əsər, mozaika sənətində olduqca nadir rast gəlinən çay tanrısı təsvirlərindən biri olması baxımından da xüsusi əhəmiyyət daşıyır.

Qeyd edilib ki, bu kəşf yalnız Aspendosun bədii zənginliyini ortaya qoymaqla kifayətlənmir, həm də Roma dövrü Anadolu mozaika sənəti ilə bağlı mühüm elmi məlumatlar təqdim edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM