satellite   Azerspace-1: 11135 H 30000

Litva hökuməti iyunun 23-də istefa verəcək

Litva hökuməti iyunun 23-də istefa verəcək

Litva hökuməti iyunun 23-də istefa verəcək.

NTV  “Delfi” portalına istinadla xəbər verir ki, Baş nazir İnqa Ruqinienin rəhbərlik etdiyi kabinetin istefası planlaşdırılır. Məlumata görə, yeni hökumətin formalaşdırılması siyasi dəyişikliklər fonunda baş verir.

Bildirilib ki, yeni hökumət formalaşdırıldıqdan sonra hakim Litva Sosial Demokrat Partiyası doqquz nazirliyə nəzarəti saxlayacaq. Litva Uğrunda Demokratlar Partiyası üç, Fermerlər və Yaşıllar Birliyi isə iki nazir postu əldə edəcək.

Qeyd olunur ki, yeni koalisiyanın yaradılması zərurəti sosial demokratların iyunun 6-da “Nemunas üzərində Şəfəq” partiyası ilə əməkdaşlığı dayandırmaq qərarından sonra yaranıb.

Hakim Sosial Demokrat Partiyasının sədri Mindauqas Sinkeviçus yeni hökumətdə Baş nazir vəzifəsini tutacağını açıqlayıb. O, 2024-cü il parlament seçkilərindən sonra Litvanın üçüncü hökumət başçısı olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM