satellite   Azerspace-1: 11135 H 30000

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Çində daşqınlarla əlaqədar 40 minə yaxın sakin təxliyə olunub

Çinin cənubundakı Quandon əyalətinin bir çox bölgəsində güclü yağışlar səbəbindən yüksək riskli ərazilərdə yaşayan 37 min 600 sakin təxliyə olunub.

NTV yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, leysan yağışlarının yaratdığı fəsadlara görə 3-cü səviyyəli daşqınların qarşısının alınması və 4-cü səviyyəli fəlakətlərin aradan qaldırılması üçün təcili yardım tədbirləri elan edilib.

Bəzi yaşayış məntəqələrini və əkin sahələrini su basıb, yollar yararsız hala düşüb, çaylarda və bəndlərdə suyun səviyyəsi təhlükəli həddə çatıb. Əhalinin təxliyəsi üçün qayıqlardan istifadə olunur.

Cuhay və Şencen də daxil olmaqla bir çox şəhərlərin orta məktəblərində dərslərin dayandırılması barədə bildirişlər verilib. “Çin Dəmir Yolu”nun Quancou şəhər qrupu yağışın yaratdığı təhlükəsizlik risklərinin qarşısını almaq üçün qatarların hərəkət cədvəllərini dəyişdirib.

Əyalətin fövqəladə halların idarəedilməsi departamentinin məlumatına görə, əsas şəhərlərdə mülki müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib, bəndlər və su anbarları üçün əlavə patrullar göndərilib. Rabitə administrasiyası fəlakətlərin aradan qaldırılması üçün 7 mindən çox təcili texniki xidmət işçisi, 3 minə yaxın dəstək maşını və 2-dən yuxarı generator göndərib.

Əyalətin meteorologiya bölməsi güclü yağışların qarşıdakı günlərdə də davam edəcəyini proqnozlaşdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM