satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Yaponiyada dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə çatıb

Yaponiyada 2025-ci ildə dağlarda köməksiz qalan xarici turistlərin sayı rekord həddə – 3623 nəfərə çatıb.

NTV  Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Polis Agentliyi məlumat yayıb. Göstərici əvvəlki illə müqayisədə 266 nəfər çoxdur və 1961-ci ildən bəri ən yüksək səviyyədir.

Məlumata görə, hadisələr nəticəsində 332 nəfər ölüb və ya itkin düşüb, 1480 nəfər isə xəsarət alıb. Köməksiz qalan xarici turistlərin təxminən 48 faizini 60 yaşdan yuxarı şəxslər təşkil edib. Onların 80 faizini dağ yürüşü və alpinizmlə məşğul olanlar təşkil edib.

Ən çox insident Naqano prefekturasında qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM