satellite   Azerspace-1: 11135 H 30000

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib

Qazaxıstan Türk Dövlətləri Təşkilatı çərçivəsində Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edir.

NTV  Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu təşəbbüslə Prezident Kasım-Jomart Tokayev Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.

“Texnoloji tərəqqi və humanitar inteqrasiya dövründə türk dillərinin ümumi terminoloji bazasının formalaşdırılması zəruridir”, – deyə Qazaxıstan lideri bildirib.

Onun sözlərinə görə, komissiyaya iştirakçı ölkələrin müvafiq qurumlarının nümayəndələri və elmi ekspertlər daxil olacaq. Tokayev, həmçinin qeyd edib ki, Türk Akademiyası artıq ingilis, rus və türk dillərində səkkizcildlik terminoloji lüğət nəşr edib. Bu lüğət terminlərin vahidliyinin təmin olunmasına və ortaq elmi məkanın möhkəmləndirilməsinə töhfə verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM