satellite   Azerspace-1: 11135 H 30000

Nigeriyada hava zərbələri nəticəsində azı 72 nəfər ölüb

 Nigeriyada hava zərbələri nəticəsində azı 72 nəfər ölüb

Nigeriyanın şimalındakı Zamfara ştatında bazarın bombardman edilməsi nəticəsində azı 72 nəfər həlak olub.

NTV xəbər verir ki, həlak olanların sayı barədə xəbərlər təzadlıdır.

AFP agentliyinin məlumatına görə, “Amnesty International” təşkilatı hücum zamanı 100-dən çox mülki şəxsin öldüyünü bildirib.

Nigeriyanın Müdafiə Nazirliyi isə məlumatları təkzib edərək əməliyyatların mülki şəxslərə deyil, quldurlara və terrorçulara qarşı yönəldiyini açıqlayıb. Nazirlik rəsmisinin sözlərinə görə, zərbələr əvvəlcədən müəyyən edilmiş terrorçu sığınacaqlarına endirilib və sakinlər təhlükəsiz əraziyə köçürülüb.

Məlumatları müstəqil mənbələr vasitəsilə təsdiqləmək hələlik mümkün olmayıb.

Xatırladaq ki, ötən ay Nigeriyanın şimal-şərqində kənd bazarının bombalanması nəticəsində təxminən 200 nəfər həlak olmuşdu.

Hökumət qüvvələri ölkənin şimal bölgələrində silahlı qruplara qarşı hava əməliyyatlarından geniş istifadə edir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM