Hindistan Ehtiyat Bankı xarici ölkələrin xəzinələrində saxlanılan qızıl ehtiyatlarını sürətlə geri qaytarır.
NTV xəbər verir ki, bu barədə “The Times of India” GTRI analitik mərkəzinin məlumatlarına istinadla yazıb.
Məlumata görə, 2023-cü ildə Hindistanın ümumi qızıl ehtiyatlarının təxminən 38 faizi ölkə daxilində saxlanılırdısa, 2026-cı ilin mart ayınadək bu göstərici təxminən 77 faizə yüksəlib.
Qəzet qeyd edir ki, hindistanlı iqtisadçılar qızıl ehtiyatlarının yenidən bölüşdürülməsini bir neçə səbəblə izah edirlər. Bunlar arasında 2022-ci ildə Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan sonra aktivlərin dondurulması riskinin artması da yer alır.
Bundan əlavə, Yaxın Şərq regionunda davam edən münaqişələrin Hindistanın iqtisadi təhlükəsizliyinin gücləndirilməsi zərurətini artırdığı və qızıl ehtiyatlarının geri qaytarılması prosesini sürətləndirdiyi bildirilir.
