Avropa İttifaqı Suriyanın nazirlərinə qarşı sanksiyaları ləğv edib.
NTV xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bəyan edib.
"Aİ Suriyanın daxili işlər naziri və müdafiə nazirinə qarşı sanksiyaları ləğv etmək qərarına gəlib", - deyə o bildirib.
