İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib. O, rəsmi rəqəmlərin maliyyə yükünü əhəmiyyətli dərəcədə azaltdığını bildirib.
NTV xəbər verir ki, “X” sosial media platformasında paylaşım edən Əraqçi Pentaqonun müharibənin dəyəri barədə Yanlış məlumat verdiyini və maliyyətin artıq 100 milyard dollara çatdığını qeyd edib. O əlavə edib ki, müharibə ABŞ-yə iddia ediləndən dörd dəfə baha başa gəlib.
Əraqçi ABŞ vergi ödəyiciləri üçün dolayı xərclərin daha yüksək olduğunu iddia edib. O bildirib: “Amerikada hər bir ailə üçün aylıq izafi ödəniş 500 dollardır və bu məbləğ sürətlə artır”.
Bundan əvvəl Pentaqon rəsmisi Kuls Hörst Konqresdə ifadə verərkən İrana qarşı hərbi əməliyyatları indiyə qədər təxminən 25 milyard dollara başa gəldiyini bildirib.
