satellite   Azerspace-1: 11135 H 30000

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib

ABŞ neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib

ABŞ Yaxın Şərqdəki münaqişə səbəbindən qlobal miqyasda yaşanan neft çatışmazlığını aradan qaldırmaq üçün strateji neft ehtiyatlarından 17,5 milyon barel istifadə edib.

NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, martın 20-dən aprelin 24-dək ABŞ-nin neft ehtiyatlarından istifadə etdiyi həcm 17,5 milyon bareldir. Aprelin 24-ü – həftə sonu isə neft ehtiyatlarının 7,1 milyon bareli istifadə edilib ki, bu, 2022-ci il oktyabrın 7-də bitən həftədən bəri ən böyük göstəricidir. Hazırda Birləşmiş Ştatların strateji neft ehtiyatlarının həcmi 397,9 milyon bareldir.

Xatırladaq ki, ABŞ Yaxın Şərqdəki münaqişə fonunda strateji neft ehtiyatlarından ümumilikdə 172 milyon barel istifadə edəcək. Bu, Yaxın Şərqdəki münaqişədən qaynaqlanan neft tədarükündəki fasilələri aradan qaldırmaq üçün qlobal miqyasda 400 milyon barel xam neft və emal olunmuş məhsulların buraxılması üzrə Beynəlxalq Enerji Agentliyi (IEA) ilə əlaqələndirilmiş səylərin bir hissəsidir.

ABŞ strateji neft ehtiyatlarını təchizat kəsintilərinin təsirlərini azaltmaq üçün 1970-ci illərdə yaradıb. Ehtiyatlar ABŞ-nin neft hasilatı gücünün böyük bir hissəsinin yerləşdiyi Amerika körfəzi boyunca ümumilikdə 714 milyon barel tutumuna malik 4 anbarda saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM