satellite   Azerspace-1: 11135 H 30000

Avropada günəş panellərinə tələbat yenidən artır

Avropada günəş panellərinə tələbat yenidən artır

Avropada enerji qiymətlərinin artması fonunda günəş panellərinə tələbat yenidən yüksəlişə keçib. Məlumata görə, bu tendensiya Yaxın Şərqdə baş verən münaqişənin enerji bazarlarına təsiri ilə əlaqədardır.

NTV  xəbər verir ki, münaqişə nəticəsində qitədə neft, qaz və elektrik enerjisinin qiymətləri ciddi artıb. Bu isə həm şirkətləri, həm də əhalini daha ucuz və sabit alternativ enerji mənbələri axtarmağa vadar edir.

Məlumata görə, Avropanın bir sıra ölkələrində, xüsusilə Almaniya, Böyük Britaniya və Niderlandda yaşayış evləri üçün nəzərdə tutulan günəş enerjisi sistemlərinə tələbat bəzi hallarda bir neçə dəfə artıb.

Qeyd olunur ki, bəzi şirkətlərdə satışlar kəskin yüksəlib və sifarişlərin əhəmiyyətli dərəcədə çoxaldığı bildirilir.

Eyni zamanda, istifadəçilər təkcə panellərlə kifayətlənməyərək, batareyalar və elektrik avtomobillərinin şarj infrastrukturu ilə birlikdə tam enerji sistemlərinə daha çox üstünlük verirlər.

Məlumatda vurğulanır ki, bu artım əvvəlki dövrdə müşahidə olunan zəifləmədən sonra bazarın yenidən canlandığını göstərir və geosiyasi gərginliklərin Avropada enerji keçidini sürətləndirdiyini ortaya qoyur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM