satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda xarici ölkələrə casusluq edən şəxslər ifşa olunub

Gürcüstanda xarici ölkələrə casusluq edən şəxslər ifşa olunub

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Əks-Kəşfiyyat İdarəsinin əməkdaşları xarici ölkələrin kəşfiyyat orqanları üçün casusluq edən şəxsləri ifşa edib. Onlardan bir nəfəri həbs olunub.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti rəisinin birinci müavini Laşa Maqradze brifinqdə məlumat verib.

Bildirilib ki, həbs olunan şəxs xarici kəşfiyyat xidməti tərəfindən casusluğa cəlb olunub və ona Gürcüstanın maraqlarına zidd olan məlumatlar toplamaq tapşırığı verilib. Casusluq ittihamı ilə həbs edilən şəxsin vəzifəli şəxs olduğu müəyyən edilib. Həmin şəxs Gürcüstan hüquq-mühafizə orqanlarının çıxış yerləri, qüvvələr və vasitələr, həmçinin onların dislokasiya yerləri ilə bağlı foto və videolar çəkib. O, eyni zamanda, Gürcüstanda strateji obyektlər - körpülər, magistral yollar da daxil olmaqla dəmir yolları və digər obyektlər haqqında fotoşəkillər, videolar və s. materiallar hazırlayıb. Saxlanılan şəxsi Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, 8 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

 

Eyni xarici kəşfiyyat xidməti tərəfindən cəlb edilmiş və alınan tapşırığa uyğun olaraq Gürcüstanın maraqlarına xələl gətirəcək müxtəlif növ məlumatlar toplayaraq xarici kəşfiyyat xidmətinin nümayəndələrinə ötürmüş digər iki nəfər isə axtarışa verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM