satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Türkmənistan ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan Türkmənistan ilə enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Türkmənistan arasında enerji sahəsində əlaqələr müzakirə edilib.

Bu barədə NTV-yə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı müzakirələr Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Quvanc Ağacanov ilə Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlov arasındakı görüşdə aparılıb.

Görüşdə Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və təmasların ikitərəfli əlaqələrin inkişafında mühüm rolu vurğulanıb.

Tərəflər iki ölkə arasında iqtisadi və enerji, xüsusilə neft-qaz sahələrində mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər. Birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin möhkəmləndirilməsində və enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, hər iki ölkənin malik olduğu zəngin enerji potensialı və resursları nəzərə alınaraq, bu sahədə tərəfdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlara diqqət çəkilib.

Görüşdə Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin, xüsusilə enerji sahəsində səmərəli və praktiki əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyi bir daha vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM