Bu ilin yanvar-mart aylarında Azərbaycan 31 min 452 ton alma ixrac edib.
NTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 24 milyon 896 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5 milyon 555 min dollar (28,7 %) , həcm baxımından isə, 2 min 466 ton ( 8,5 %) çoxdur.
Hesabat dövründə alma ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,4 %-ni təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
