satellite   Azerspace-1: 11135 H 30000

İtaliyada təbii fəlakətlərdən illik itkilərin həcmi 7 milyard avro qiymətləndirilir

İtaliyada təbii fəlakətlərdən illik itkilərin həcmi 7 milyard avro qiymətləndirilir

İtaliyada regionlar üzrə təbii fəlakətlərdən orta illik itkilər təxminən 7 milyard avro təşkil edə bilər.

NTV “ANSA”ya istinadla xəbər verir ki, bu qiymətləndirmə “Unipol” şirkətinin təhlilinə əsaslanır.

Məlumata görə, İtaliyada təbii fəlakətə məruz qala biləcək təxminən 41 milyon daşınmaz əmlak obyekti var. Onların mümkün bərpasının ümumi dəyəri 14 trilyon avro səviyyəsində qiymətləndirilir. “ANSA” yazır ki, bu məbləğ ölkənin ümumi daxili məhsulundan təxminən yeddi dəfə çoxdur.

Araşdırmaya görə, sığorta ilə əhatə olunmayan xərclərin payı, yəni fəlakət hadisəsi baş verdikdə sığorta tərəfindən qarşılanmayan xərclər 79 faiz təşkil edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM