satellite   Azerspace-1: 11135 H 30000

Çanaqqala döyüşünə aid mühüm tibbi hesabatı 111 ildən sonra üzə çıxarıb

Çanaqqala döyüşünə aid mühüm tibbi hesabatı 111 ildən sonra üzə çıxarıb

Türkiyənin Çanaqqala Müharibələri İnstitutu 1915-ci ilə aid mühüm tibbi hesabatı 111 ildən sonra üzə çıxarıb. Sənəd 3-cü Korpusun baş həkimi Əli Rza tərəfindən yazılıb və döyüşlərin ən qanlı dövrünü əhatə edir.

NTV xəbər verir ki, hesabata görə, 41 mindən çox yaralı qeydə alınıb, minlərlə əsgər xəstəxanalarda şəhid olub. Bu, mübarizənin təkcə döyüş meydanında deyil, xəstəxanalarda da davam etdiyini göstərir.

Sənəd, həmçinin Osmanlı ordusunun güclü səhiyyə və logistika sistemini, müxtəlif bölgələrdə qurulan xəstəxanaları və yaralıların daşınması proseslərini əks etdirir.

Bundan əlavə, hesabatda düşmənin amansız taktikaları, qəlpə yaralanmaları və beynəlxalq hüquqa zidd olan “dum-dum” güllələrinin istifadəsi (332 yaralı) qeyd edilir. Süngü döyüşlərində isə 83 əsgərin öldüyü və ya yaralandığı bildirilir.

Ümumilikdə, bu sənəd Çanaqqala döyüşlərinin nə qədər ağır və faciəli keçdiyini aydın şəkildə göstərir.

Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığın və tarixi bağların rəmzlərindən olan Çanaqqala döyüşlərində şəhid olanların 3 mindən çoxu azərbaycanlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM