satellite   Azerspace-1: 11135 H 30000

“Rheinmetall” yeni nəsil suüstü PUA-ların istehsalına başlayıb

“Rheinmetall” yeni nəsil suüstü PUA-ların istehsalına başlayıb

Almaniyanın “Rheinmetall” şirkəti Böyük Britaniyanın “Kraken Technology Group” şirkəti ilə birlikdə Hamburqda yeni nəsil suüstü pilotsuz uçuş aparatlarının istehsalına başlayıb.

 

NTV xəbər verir ki, şirkətin məlumatında “Blohm-Voss” zavodunda istehsal olunan “Kraken K3 Scout” modelinin həm hərbi, həm də mülki məqsədlər üçün nəzərdə tutulduğu bildirilib. Bu aparat dəniz ərazilərinin müşahidəsi, strateji obyektlərin qorunması və zərurət yarandıqda hərbi əməliyyatlarda istifadə edilə bilər.

 

Böyük Britaniyanın “Kraken Technology Group” şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində ilkin mərhələdə ildə 200 aparatın istehsalı planlaşdırılır. Tələbat artacağı təqdirdə istehsalın 1000 aparata qədər artırılması nəzərdə tutulur. Şirkət bununla da pilotsuz dəniz texnologiyaları sahəsində mövqeyini daha da gücləndirməyi hədəfləyir.

 

Bu cür sistemlər müasir dövrdə həm təhlükəsizlik, həm də texnoloji inkişaf baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM