satellite   Azerspace-1: 11135 H 30000

Son dörd ildə ilk dəfə Almaniyada cinayətlərin sayı azalıb

Son dörd ildə ilk dəfə Almaniyada cinayətlərin sayı azalıb

Almaniyada 2022-ci ildən sonra ilk dəfə olaraq cinayətlərin sayında azalma (6 faiz) qeydə alınıb.

NTV  xəbər verir ki, bu barədə daxili işlər naziri Aleksander Dobrindt və digər hüquq-mühafizə qurumlarının rəhbər şəxsləri tərəfindən təqdim olunan cinayət statistikasında qeyd edilib.

Ötən il polis tərəfindən 5,5 milyon cinayət hadisəsi qeydə alınıb ki, bu, 5,6 faiz azalma deməkdir. Eyni zamanda, zorakılıq cinayətlərinin sayı da bir qədər azalaraq 212 min 300-ə düşüb ki, bu da əvvəlki illə müqayisədə 2,3 faiz azdır. Oğurluq hallarında da 6,5 faiz azalma müşahidə edilib.

Bundan fərqli olaraq, cinsi zorakılıq cinayətlərinin sayı 8,5 faiz artıb. Belə cinayətlərin sayı 14,5 minə çatıb. Qətl hadisələrinin sayında da 6,5 faizlik artım qeydə alınıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM