satellite   Azerspace-1: 11135 H 30000

Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb

Pakistan Sudanla 1,5 milyard dollarlıq silah sövdələşməsini dayandırıb

Pakistan Sudana silah və aviasiya tədarükü üzrə ümumi dəyəri 1,5 milyard dollar olan sövdələşməni dayandırmaq qərarına gəlib.

NTV  xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistanın təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadən məlumat yayıb.

Mənbələrdən birinin məlumatına görə, Səudiyyə Ərəbistanı sövdələşməni maliyyələşdirməkdən imtina etdikdən sonra Pakistan bu addımı atmağa məcbur olub.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanı layihənin maliyyələşdirilməsi ilə bağlı mövqeyini məsləhətləşmələrdən sonra dəyişib. Bir sıra Qərb ölkələrinin Afrikadakı proksi-münaqişələrə cəlb olunmaqdan çəkinməklə bağlı tövsiyələri də bu qərarda rol oynayıb.

Məlumata görə, Sudan ordusunun nümayəndələrinin mart ayında Ər-Riyadda Səudiyyə Ərəbistanı hökuməti ilə görüşü sövdələşmənin maliyyələşdirilməsinin dayandırılmasına səbəb olan amillərdən biri olub.

Səudiyyə Ərəbistanı Pakistanın əsas müttəfiqlərindən biridir. İkitərəfli münasibətlər ötən il qarşılıqlı müdafiə haqqında sazişin imzalanmasından sonra möhkəmlənib. Bu sazişə əsasən, tərəflərdən birinə qarşı təcavüz hər iki ölkəyə hücum kimi qiymətləndirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM