satellite   Azerspace-1: 11135 H 30000

Media: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edəcək

Media: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak edəcək

İran Hörmüz boğazındakı gərginliyə baxmayaraq, aprelin 21-də Pakistanın paytaxtı İslamabadda ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək niyyətindədir.

NTV  xəbər verir ki, Anadolu agentliyi bu barədə danışıqların gedişindən məlumatlı olan mənbələrə istinadla məlumat yayıb. Pakistan mənbələrinin məlumatına görə, İran nümayəndə heyəti aprelin 21-də İslamabada gələ bilər. Tehran hələ ki, danışıqlarda iştirakını rəsmən təsdiqləməyib.

Agentliyin həmsöhbətləri bildiriblər ki, İran nümayəndə heyətinin tərkibi eyni qalacaq: ona parlamentin sədri Məhəmməd Bağır Qalibaf rəhbərlik edəcək. ABŞ nümayəndə heyətinə isə Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner daxil olacaq. Danışıqlarda İranın xarici işlər naziri Abbas Əraqçinin də iştirak edəcəyi bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM