satellite   Azerspace-1: 11135 H 30000

Almaniya əhalisinin böyük hissəsi Olimpiadaya ev sahibliyinə namizədliyi dəstəkləyir

Almaniya əhalisinin böyük hissəsi Olimpiadaya ev sahibliyinə namizədliyi dəstəkləyir

Almaniyanın Şimali Reyn-Festfaliya əyalətində keçirilən referendumlar regionun Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyinə geniş ictimai dəstəyin olduğunu göstərib.

NTV “Zeit” qəzetinə istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, 17 bələdiyyədə keçirilən səsvermədə iştirak edənlərin təxminən üçdəikisi Köln - Reyn/Rur regionunun 2036-cı, 2040-cı və ya 2044-cü illər üzrə namizədliyini dəstəkləyib.

Səsvermədə təxminən 1,4 milyon nəfər iştirak edib. Böyük şəhərlərdə dəstək səviyyəsi 70 faizi keçib. Yalnız Rur bölgəsində yerləşən Herten şəhərində tələb olunan minimum iştirak səviyyəsi təmin olunmadığından həmin şəhər namizədlik prosesindən kənarda qalıb.

Əyalətin Baş naziri Hendrik Vüst nəticələri Almaniyanın Olimpiya Oyunlarına ev sahibliyi etmək niyyətinə verilmiş açıq mandat kimi qiymətləndirib.

Kiel şəhərində keçirilən səsvermədə də iştirakçıların 63,5 faizi namizədliyi dəstəkləyib. Daha əvvəl Münxendə də oxşar qərar qəbul olunub. Bu göstəricilər ölkə daxilində geniş ictimai dəstəyin formalaşdığını nümayiş etdirir.

Namizəd şəhərin müəyyənləşdirilməsi ilə bağlı yekun qərarın sentyabrın 26-da Baden-Badendə verilməsi planlaşdırılır. Almaniyanın Olimpiadaya namizədliyi üzrə yekun seçim Almaniya Olimpiya İdmanı Federasiyası tərəfindən ediləcək. 2036-cı il Olimpiya Oyunlarına ev sahibinin isə ən tez 2027-ci ildə müəyyənləşəcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM