satellite   Azerspace-1: 11135 H 30000

Luizianada səkkiz uşağı öldürən şəxsin ABŞ ordusu veteranı olduğu müəyyənləşib

Luizianada səkkiz uşağı öldürən şəxsin ABŞ ordusu veteranı olduğu müəyyənləşib

ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində səkkiz uşağın ölümü ilə nəticələnən silahlı insidenti törədən şəxsin 31 yaşlı ABŞ ordusu veteranı Şamar Elkins olduğu müəyyən edilib.

NTV xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Hadisə zamanı səkkiz nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərdən yeddisi onun öz övladı olub.

Nəşrin məlumatına görə, hadisədən əvvəl Elkins sosial mediada uşaqlarla bağlı paylaşımlar edib, o cümlədən Pasxa bayramı zamanı kilsəyə səfəri ilə əlaqədar çəkilmiş şəkilləri dərc edib. Paylaşımlarından birində o, ruhi sağlamlıq problemlərinin öhdəsindən gəlmək üçün Allaha dua etdiyini qeyd edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şübhəli şəxs təqib edilərkən zərərsizləşdirilib. Hadisənin motivləri araşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM