satellite   Azerspace-1: 11135 H 30000

Almanların əksəriyyəti suriyalıların öz vətənlərinə göndərilməsini dəstəkləyir

Almanların əksəriyyəti suriyalıların öz vətənlərinə göndərilməsini dəstəkləyir

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Berlinə səfəri zamanı aparılan müzakirələr və Kansler Fridrix Mertsin Almaniyadakı suriyalı qaçqınların 80 faizinin yaxın üç il ərzində ölkələrinə geri göndəriləcəyi ilə bağlı açıqlaması bu məsələ ilə bağlı müzakirələri yenidən gücləndirib.

NTV xəbər verir ki, INSA rəy sorğusu institutunun “Bild” qəzeti üçün keçirdiyi rəy sorğusunun iştirakçılarının 61 faizi bu addımı müsbət qiymətləndirsə də, cəmi 15 faiz bunu real hesab edir. Sorğunun nəticələri göstərir ki, almanların 24 faizi suriyalıların 80 faizinin öz vətənlərinə qayıtmasını mənfi qiymətləndirir. Qeyd edək ki, bu təklif Yaşıllar Partiyası (46 faiz) və Sol Partiyanın (44 faiz) seçiciləri arasında ciddi etirazla qarşılanır. Digər bütün seçici qruplarında isə bu ideya mütləq çoxluq tərəfindən dəstəklənir.

Respondentlərin 78 faizi Kanslerin təklifini qeyri-real hesab edib, 7 faizi isə bu barədə fikir bildirməyib. Məsələyə münasibət yaş qrupları arasında da xeyli fərqli olub. Suriyalıların geri qayıdışını gənclərin təxminən yarısı dəstəklədiyi halda, bu göstərici daha yaşlı respondentlər arasında 70 faiz təşkil edib.

Statistikaya əsasən, 2015-ci ildən sonra Almaniyaya 1,3 milyon suriyalı sığınıb. Onların təxminən 250 mini artıq vətəndaşlıq alıb. Bu durumda geriqayıtma 800 mindən çox insanı əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM