satellite   Azerspace-1: 11135 H 30000

Media: Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

Media: Livanın Baş naziri danışıqlar üçün ABŞ-yə səfər edəcək

Livanın Baş naziri Nəvaf Salam İsraillə sülh sazişini müzakirə etmək üçün gələn həftə ABŞ-yə səfər edəcək.

NTV  xəbər verir ki, “Əşarq əl-Əvsət” qəzetinin məlumatına görə, Nəvaf Salam səfər zamanı ABŞ Dövlət katibi Marko Rubio və BMT-nin Baş katibi Antonio Quterreş ilə danışıqlar aparacaq. Aprelin 9-da Livan hökuməti münaqişənin həlli məqsədilə İsraillə birbaşa danışıqlara başlamaq üçün sülh təşəbbüsünə sadiqliyini bir daha təsdiqləyib. İkitərəfli danışıqların ilk mərhələsinin aprelin 14-də Vaşinqtonda keçirilməsi gözlənilir.

Nəvaf Salam səfər zamanı Livan dövlətinin bütün ölkə üzərində hakimiyyətini bərpa etmək üçün dəstək almağa və səyləri səfərbər etməyə ümid edir.

Qeyd edək ki, Livan Prezidenti Cozef Aunun ofisi aprelin 9-da İranın müdaxiləsindən və Livanı müqavimət oxuna bağlamaq cəhdlərindən narazılığın ifadə olunduğu bəyanat yayımlayıb.

“Hizbullah” hərəkatından olan parlament nümayəndəsi Əli Fəyyad isə öz növbəsində İsrailin Livana qarşı hərbi əməliyyatları tamamilə dayanmayanadək danışıqlara girməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, hökumət “hər hansı addım atmadan əvvəl ilkin şərt kimi” atəşkəs tələb etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM