satellite   Azerspace-1: 11135 H 30000

İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

İsveç NATO-da parçalanma riskləri barədə xəbərdarlıq edir

Vaşinqtonda səfərdə olan İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, ABŞ Prezidenti Donald Trampın NATO-dan çıxmaqla bağlı təhdidləri və onun müttəfiqləri tənqid etməsi də daxil olmaqla verilən sərt açıqlamalar Alyansın siyasi birliyini zəiflədir.

NTV xəbər verir ki, bu gərginlik, xüsusən də Vaşinqtonun İranla münaqişə fonunda NATO-nin Avropa ölkələrinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində daha fəal rol oynaması tələbləri ilə yaranıb. “Reuters”in məlumatına görə, ABŞ müttəfiqlərindən ən qısa zamanda konkret cavablar gözləyir. İsveç Böyük Britaniya başda olmaqla, təxminən 30 ölkə ilə boğazın açılması üçün mümkün tədbirlər barədə danışıqlarda iştirak edir.

P. Yonson vurğulayıb ki, Stokholm hələlik hərbi iştirak üçün rəsmi müraciət almayıb, lakin Stokholm diplomatik və siyasi vasitələrlə töhfə verməyə hazır olduğunu bildirib. O qeyd edib ki, İsveçin məhdud dəniz resursları böyük hərbi gəmilərin yerləşdirilməsinə imkan vermir.

Nazir, həmçinin Tramp administrasiyası tərəfindən əvvəllər dərc edilmiş ABŞ müdafiə strategiyası ilə bağlı uyğunsuzluqlara da diqqət çəkib. Müdafiə naziri Pol Yonsonun Vaşinqtona əvvəlki səfəri zamanı Tramp administrasiyası yeni müdafiə strategiyasını açıqlayıb. Bu 33 səhifəlik sənəd Avropanın 20 il və ya daha az müddətdə tanınmaz hala düşməsi riski ilə bağlı qaranlıq mənzərəni əks etdirir.

Yonsonun sözlərinə görə, NATO-nun yeni üzvü olan İsveç tez bir zamanda Alyansın strukturlarına inteqrasiya olunur. O, ABŞ-nin NATO-dan mümkün çıxmasının nəticələrini müzakirə etməkdən imtina etsə də, bu cür açıqlamaların, eləcə də Qrenlandiya məsələsinin və Birləşmiş Ştatların Avropadakı rolu ətrafında müzakirələrin artıq blokun birliyinə mənfi təsir göstərdiyini etiraf edib.

Nazir qeyd edib ki, İsveç və digər Avropa ölkələri öz təhlükəsizlikləri naminə əhəmiyyətli dərəcədə daha böyük məsuliyyət daşımalı olacaqları bir ssenariyə hazırlaşmağa başlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM