Qazaxıstanda birpalatalı Qurultaya seçkilər bu ilin avqust ayında keçiriləcək.
NTV Akorda mətbuat xidmətinə istinadla xəbər verir ki, bu bəyanatı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev alimlərin mükafatlandırılması mərasimində çıxışı zamanı verib.
Onun sözlərinə görə, seçkilərin keçirilməsi ilə bağlı fərman Konstitusiya qüvvəyə mindikdən dərhal sonra imzalanacaq. Tokayev partiyaların seçki kampaniyasına hazırlaşmaq üçün təxminən beş ay vaxtının olacağını vurğulayıb.
“Qurultaya seçkilər Qazaxıstanın bütün siyasi sisteminin genişmiqyaslı yenidən qurulmasının başlanğıcını qeyd edəcək”, - deyə Prezident bildirib.
