Fransanın Təhsil Nazirliyi yaxın onillikdə ölkədə məktəblilərin sayının əhəmiyyətli dərəcədə azalacağını açıqlayıb.
NTV xəbər verir ki, nazirliyin rəsmi proqnozlarına görə, 2035-ci ilə qədər şagirdlərin sayı 1 milyon 700 minə yaxın azalacaq ki, bu da hazırkı səviyyəyə nisbətən 14-15 faiz azalma deməkdir. Bu hal əsasən doğum səviyyəsinin azalması ilə əlaqələndirilir.
Nazirliyin proqnozlarına əsasən, növbəti tədris ilində ibtidai siniflərdə şagirdlərin sayında təxminən 125 min 400 nəfər azalma olacaq.
