satellite   Azerspace-1: 11135 H 30000

IATA: Aviasiya yanacağı ehtiyatlarının artırılması aylar çəkə bilər

IATA: Aviasiya yanacağı ehtiyatlarının artırılması aylar çəkə bilər

IATA-nın baş direktoru Uilli Uolş çərşənbə günü xəbərdarlıq edib ki, hətta İran Hörmüz boğazını yenidən açsa belə, reaktiv yanacaq təchizatının bərpası aylar çəkəcək.

NTV  xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, hava daşıyıcıları üçün yanacaq əməkhaqqıdan sonra ikinci ən böyük xərcdir və adətən əməliyyat xərclərinin təxminən 27 faizini təşkil edir.

İran tərəfindən müharibədə cavab tədbirləri çərçivəsində Hörmüz boğazının bağlanması bütün dünya miqyasında reaktiv yanacaq təchizatının kəskin azalmasına səbəb olub, atəşkəs və Hörmüz boğazından təhlükəsiz keçid imkanı xəbəri aviaşirkətlərin səhmlərinin bahalaşmasına gətirib çıxarıb.

ABŞ Prezidenti Donald Trampın İranla ikihəftəlik atəşkəs elan etməsindən sonra neftin qiyməti 100 dollardan aşağı düşüb. Bu isə Hörmüz boğazının dərhal və təhlükəsiz şəkildə yenidən açılmasından asılıdır.

Uilli Uolş Sinqapurda jurnalistlərə bildirib ki, xam neftin qiymətlərinin düşəcəyini gözləsə də, reaktiv yanacaq qiymətləri, çox güman ki, neft emalı zavodlarının zərər görməsi səbəbindən bir qədər yüksək qalacaq.

“Əgər neft emalı zavodu yenidən işə başlayıb açıq qalsa idi, düşünürəm ki, Yaxın Şərqdə neft emalı işində yaranan fasilələr nəzərə alınmaqla, lazımi təchizat səviyyəsini bərpa etmək üçün daha bir neçə ay lazım olardı”, - deyə Uolş qeyd edib.

O əlavə edib: “Bu, COVID-ə heç bənzəmir. Bu, (COVID dövründə) yaşadığımız böhranla heç yaxından da müqayisə oluna bilməz. COVID dövründə sərhədlərin bağlanması səbəbindən tutum 95 faiz azaldı. Biz buna heç yaxın da deyilik”.

Onun sözlərinə görə, vəziyyət daha çox 2008-2009-cu illərdəki iqtisadi böhran və ya 11 sentyabr terror hücumlarının nəticələri kimi digər şokları xatırladır.

Dünyadakı aviaşirkətlər uçuşların sayını azaldır, daxili bazalardan əlavə yanacaq daşıyır və yanacaqdoldurma dayanacaqları əlavə edir, çünki Yaxın Şərqdəki münaqişə reaktiv yanacaq tədarükünü azaldır, aviayanacaq qiymətlərinin ikiqat artmasından onsuz da əziyyət çəkən sənayeyə təzyiqi artırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM