satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstan və Pakistan gərginliyi azaltmaq barədə razılığa gəliblər

Əfqanıstan və Pakistan gərginliyi azaltmaq barədə razılığa gəliblər

Çinin vasitəçiliyi ilə Urumçi şəhərində keçirilən bir həftəlik qeyri-rəsmi məsləhətləşmələrdən sonra Əfqanıstan və Pakistan fikir ayrılıqlarını tezliklə həll etməyin vacibliyi barədə razılığa gəlib və gərginliyi artıra biləcək addımlardan çəkinəcəklərinə söz veriblər.

NTV xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

Onun sözlərinə görə, aprelin 1-dən 7-dək Çin, Əfqanıstan və Pakistan nümayəndələri Urumçidə bir sıra qeyri-rəsmi görüşlər keçiriblər. Tərəflər fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etmək öhdəliklərini bir daha təsdiqləyib. “Urumçi prosesi”nin iştirakçıları dialoqu yığılıb qalmış problemlərin həllinin yeganə real yolu kimi qəbul ediblər.

Çin XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, danışıqlar zamanı nümayəndə heyətləri Əfqanıstan-Pakistan münasibətlərinin hərtərəfli həlli yollarını müzakirə edib və bu sahədə prioritetləri müəyyənləşdiriblər.

Xatırladaq ki, fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində yenidən döyüşlər başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə son hava hücumlarına cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb. Pakistanın müdafiə naziri bildirib ki, ölkəsi ilə Əfqanıstandakı Taliban hökuməti hazırda açıq silahlı qarşıdurma vəziyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM