satellite   Azerspace-1: 11135 H 30000

FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

NTV xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

13:43

Xəzər dənizində daha iki afterşok qeydə alınıb.

NTV  xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin birinin maqnitudası 3.2, digərinin isə 3 olub.

Zəlzələ ocaqlarının dərinliyi 20 və 21 kilometrdir.

13:15

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

NTV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ ocağı Lənkəran şəhərindən 58 km məsafədə olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yeraltı təkanlar isə 70 km dərinlikdə qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM