Şimali Koreya aprelin 8-də günortadan sonra Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxıb.
NTV xəbər verir ki, bu barədə Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri komitəsi açıqlama yayıb. Şimali Koreya aprelin 8-də yerli vaxtla səhər saat 8:50 radələrində Yapon dənizi istiqamətində bir neçə qısamənzilli ballistik raket buraxılışı da həyata keçirib. Həmin raketlər təxminən 240 kilometr uçaraq dənizə düşüb. Bu, Şimali Koreyanın cari ildə təsdiqlənmiş 5-ci ballistik raket buraxılışıdır.
Aprelin 7-də isə Şimali Koreya Pxenyan bölgəsindən naməlum mərmi atıb. Bu, hazırda Cənubi Koreya və ABŞ kəşfiyyat orqanları tərəfindən təhlil edilir. Ard-arda raket buraxılışları Prezident Li Ce Myunun Nazirlər Kabinetinin iclasında Şimali Koreyaya dron uçuşları ilə bağlı təəssüfünü bildirməsi və hadisələrin Pxenyanla lazımsız hərbi gərginliyə səbəb olduğunu deməsindən sonra baş verir.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl martln 14-də Cənubi Koreya və ABŞ tərəfindən illik yaz hərbi təlimləri davam edərkən Yapon dənizi istiqamətində çoxsaylı ballistik raketlər atıb. Dövlət mediası ertəsi gün Şimali Koreyanın 600 millimetrlik ultradəqiq çoxsaylı raket buraxılış qurğularını əhatə edən atəş təlimi keçirib.
