Yaponiya ABŞ və İran arasında atəşkəs razılaşmasını müsbət addım kimi alqışlayır.
NTV Yaponiya mediasına istinadla xəbər verir ki, bu bəyanatı Nazirlər Kabinetinin baş katibi Minoru Kihara mətbuat konfransında səsləndirib. O, Yaxın Şərqdə faktiki olaraq gərginliyin azaldılmasının ən vacib məsələ olduğunu və Tokionun yekun razılaşma əldə olunacağını gözlədiyini bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında atəşkəs Yaponiya fond birjasına müsbət təsir edib. Atəşkəs xəbərindən sonra “Nikkei” Tokio Fond Birjasının əsas indeksi 5 faizdən çox artıb.
