ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hörmüz boğazına nəzarəti ələ keçirə və oradan keçən gəmilərdən rüsum ala biləcəyini bildirib.
NTV xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
“Bizim belə bir konsepsiyamız var ki, ödəniş tətbiq edək”, – deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, İranla əldə olunacaq istənilən razılaşma ABŞ Prezidenti üçün şəxsən məqbul olmalı və əsas şərtlərdən biri kimi Hörmüz boğazından neftin sərbəst daşınmasını təmin etməlidir.
