satellite   Azerspace-1: 11135 H 30000

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını açıqlayıb

Tramp İranda təyyarəçilərin xilas edilməsi əməliyyatının detallarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp İran ərazisindəki iki təyyarəçinin xilas edilməsinin detallarını açıqlayıb.

NTV-nin məlumatına görə, bu barədə o, mətbuat konfransında danışıb.

Bildirib ki, ilk mərhələdə axtarış və xilasetmə işlərinə kömək etmək üçün 21 təyyarə səfərbər edilib. O, təyyarələrin çox güclü atəş altında uçduğunu söyləyib. Prezident deyib ki, ümumilikdə bu əməliyyata 155 təyyarə cəlb edilib. “Əməliyyata dörd bombardmançı təyyarə, 64 qırıcı təyyarə, 48 yanacaqdoldurma tankeri, 13 xilasetmə təyyarəsi və digərləri daxil idi”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, təyyarələrin böyük hissəsi itkin düşmüş ekipaj üzvünü axtaran iranlıları da uzaqlaşdırmaq üçün səfərbər edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM