Aprelin 6-na keçən gecə Novorossiyskə hücum zamanı Ukrayna dronları “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan “Admiral Makarov” freqatına zərbələr endirib.
Bu barədə NTV Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin (“Madyar” çağırış nişanı) bəyanatına istinadla xəbər verir.
“Pilotsuz Sistemlər Qüvvələrinin “quşları” aprelin 6-na keçən gecə Novorossiysk limanında “Admiral Qriqoroviç” freqatına zərbələr endirib və “Sivaş” qazma qurğusuna bir az “mübarək od” çatdırıblar”, – deyə o bildirib.
O qeyd edib ki, əməliyyat Pilotsuz Sistemlər Qüvvələrinin 1-ci operativ mərkəzinin hərbçiləri tərəfindən həyata keçirilib, planlaşdırılıb və Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən koordinasiya olunub. “Madyar” əlavə edib ki, zədələnmə dərəcəsi kəşfiyyat tərəfindən müəyyənləşdirilir.
Pilotsuz Sistemlər Qüvvələrinin komandanı bildirib ki, “Admiral Qriqoroviç” Rusiya Hərbi Dəniz Donanmasının “Burevestnik” layihəsi üzrə ilk hərbi freqatıdır. O, səkkiz ədəd qanadlı “Kalibr” raketinin və 24 raketlik “Ştil-1” zenit-raket kompleksinin daşıyıcısıdır. Hava hücumundan müdafiə raketlərinin buraxılışı hədəfə yaxınlaşan zaman birbaşa freqatın bortundan həyata keçirilib, lakin bu, ona zərbə endirilməsinə mane olmayıb.
