Cari il mayın 3-də Fransanın paytaxtı Parisdə irqi ayrı-seçkiliyə qarşı keçirilməsi planlaşdırılan aksiya bütün ölkəni əhatə edə bilər.
NTV xəbər verir ki, bu barədə Saint-Denis şəhərinin yeni meri, sosialist Balli Bagayoko “ICI Paris” televiziyasına açıqlamasında bildirib.
O deyib ki, Saint-Denis şəhərində keçirilmiş aksiyadan sonra “Əyilməz Fransa” Pariyası Parisdə yeni çağırış edib.
“Ümid edirəm ki, digər idarələr də bu prosesə qoşulacaq. Bu universal mübarizədir və burada hər kəs öz məsuliyyətini dərk etməlidir”, – deyə o vurğulayıb.
Polisin məlumatına görə, Saint-Denis şəhərində keçirilən aksiyada təxminən 6000 nəfər iştirak edib.
