satellite   Azerspace-1: 11135 H 30000

İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir - FOTOLAR

İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir<font color=red> - FOTOLAR</font> İordaniya mediası: Azərbaycan mina problemi sahəsində beynəlxalq tərəfdaşlığa böyük önəm verir<font color=red> - FOTOLAR</font>

Azərbaycan mina təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb və bu sahədə qlobal səylərin birləşdirilməsinə çağırıb.

NTV xəbər verir ki, bu barədə İordaniyanın PETRA xəbər agentliyinin Azərbaycanın Əmmandakı səfirliyinin Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə əlaqədar yaydığı bəyanata istinadla hazırladığı məqalədə əks olunub.

Bildirilib ki, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə müasir dövrdə də ciddi humanitar problem olaraq qalır və bu istiqamətdə koordinasiyalı beynəlxalq yanaşma xüsusi əhəmiyyət daşıyır.

Qeyd olunub ki, Azərbaycan mina problemi ilə üzləşən ölkələrdən biri kimi bu sahədə beynəlxalq tərəfdaşlığa böyük önəm verir. Bu çərçivədə müxtəlif ölkələrlə, o cümlədən İordaniya ilə əməkdaşlıq təcrübə mübadiləsinə və institusional potensialın gücləndirilməsinə xidmət edir.

Yazıda İordaniyanın mina təmizlənməsi sahəsində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib və bu təcrübənin region üçün nümunəvi model olduğu bildirilib. Vurğulanıb ki, İordaniyanın ərazilərini minalardan tam təmizləməsi, paralel şəkildə reabilitasiya və inkişaf layihələrinin həyata keçirilməsi insan təhlükəsizliyinin təmininə mühüm töhfə verib.

Bununla yanaşı, İordaniyada Mina Təmizlənməsi və Reabilitasiya üzrə Milli Komitə və Mina fəaliyyəti üzrə Ərəb Məşvərət Qrupu ilə Azərbaycan arasında qurulan əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Komitənin sədri Şahzadə Mərad Raad əl-Hüseynin Bakıya səfərinin tərəflər arasında əlaqələrin inkişafına töhfə verdiyi diqqətə çatdırılıb.

Azərbaycanın beynəlxalq ictimaiyyəti mina təhlükəsinin aradan qaldırılması üçün səyləri artırmağa çağırdığı qeyd olunub. Vurğulanıb ki, bu problemin həlli kifayət qədər maliyyə və koordinasiya olunmuş qlobal yanaşma tələb edir. Bu isə mülki əhalinin qorunması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və dayanıqlı inkişafın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Həmçinin diqqətə çatdırılıb ki, BMT-nin Baş katibinin son hesabatına əsasən, dünyada milyonlarla insan hələ də mina və partlayıcı qurğuların təhlükəsi ilə üz-üzədir. Bu isə yalnız insan itkilərinə səbəb olmur, eyni zamanda, əsas xidmətlərə çıxışı məhdudlaşdırır və bərpa-inkişaf proseslərini ləngidir.

Şıxəli Əliyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM