satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

Əfqanıstanda şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı azı 99 nəfərə çatıb, son doqquz gündə daha 154 nəfər yaralanıb.

NTV xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin nümayəndəsi Yusuf Hammad bildirib. Onun sözlərinə görə, martın 26-da başlayan şiddətli yağışlar genişmiqyaslı daşqın və torpaq sürüşmələrinə, çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.

Təbii fəlakət 5 min evi tamamilə və ya qismən dağıdıb, 355 kilometr yolu sıradan çıxarıb, əkin sahələrini su altında qoyub və ümumilikdə 8532 ailəyə zərər vurub.

Əfqanıstan Meteorologiya Xidməti şiddətli yağışların davam edəcəyini proqnozlaşdırıb və yaxın günlərdə bütün 34 əyalətin ucqar ərazilərində mümkün daşqınlar barədə yeni xəbərdarlıqlar edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM