Hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.
NTV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xidmətin məlumatına əsasən, hazırda bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır.
