satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya Prezidenti dron buraxılışına görə Kim Çen Indan üzr istəyib

Cənubi Koreya Prezidenti dron buraxılışına görə Kim Çen Indan üzr istəyib

Cənubi Koreya Prezidenti Li Ce Myun Şimali Koreya ərazisinə özəl şəxslər tərəfindən buraxılan pilotsuz uçuş aparatlarına görə üzr istəyib.

NTV xəbər verir ki, onun Nazirlər Kabinetinin iclasında səsləndirdiyi açıqlamanı “Yonhap” agentliyi yayıb.

Cənubi Koreya lideri bildirib: “Şəxslərin Şimali Koreyaya qarşı bu cür təxribat xarakterli hərəkətlər etməsi dərin təəssüf doğurur”.

O, bu cür addımları qəbuledilməz adlandırıb və vurğulayıb ki, hökumət dronların buraxılmasında iştirak etməsə də, yaranan lazımsız hərbi gərginliyə görə Şimali Koreyadan üzr istəyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM