satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Orta dəhlizin əsas xəttinin tikintisini sürətləndirir

Qazaxıstan Orta dəhlizin əsas xəttinin tikintisini sürətləndirir

“Qazaxıstan temir jolı” Milli Şirkəti” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Talqat Aldıbergenov Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) əsas hissəsi olan “Moyıntı–Kızıljar” dəmir yolu xəttinin tikintisi ilə bağlı gedən işlərlə tanış olub.

NTV KTZ-nin saytına istinadla xəbər verir ki, layihənin həyata keçirilməsi Trans-Qazaxıstan dəmir yolu marşrutunun və Orta dəhlizin inkişafına təkan verəcək. Dəmir yolu xəttinin ümumi uzunluğu 300 kilometrdən çoxdur və bu layihə Ulutau və Karaqanda vilayətlərinin ərazilərini əhatə edir.

Xəttin istismara verilməsi yükdaşımaların məsafəsini 149 kilometr qısaldacaq, “Moyıntı–Jarıq” sahəsinin yüklənməsini azaldacaq və konteyner qatarlarının hərəkət sürətini artıracaq.

Torpaq yatağının formalaşdırılması 90 faiz başa çatdırılıb və 14,3 milyon kubmetr həcmində torpaq tökülüb. Reys-şpal şəbəkəsinin döşənməsi Moyıntı və Kızıljar stansiyaları istiqamətindən qarşılıqlı templə davam etdirilir.

Tikintidə 1500-dən çox mütəxəssis və 580-dən artıq texnika cəlb olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM