satellite   Azerspace-1: 11135 H 30000

İranda hava hücumuna məruz qalan tarixi abidələrin sayı açıqlanıb

İranda hava hücumuna məruz qalan tarixi abidələrin sayı açıqlanıb

ABŞ və İsrailin hücumları nəticəsində İranda azı 130 muzey, tarixi bina və mədəniyyət məkanı ziyan görüb.

NTV ISNA-ya istinadən xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının Turizm və Mədəni İrs Komitəsi məlumat yayıb.

"İranın müxtəlif vilayətlərində ən azı 130 muzey, tarixi bina və mədəniyyət məkanı ABŞ ilə İsrailin hücumlarının birbaşa hədəfi olub və zərər görüb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Tehranda 66 abidə hücumlara məruz qalıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM