satellite   Azerspace-1: 11135 H 30000

Pakistan və Bəhreynin XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

Pakistan və Bəhreynin XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani ilə telefonla danışıb və regional vəziyyəti müzakirə edib.

NTV xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Söhbət zamanı gərginliyin azaldılmasına təcili ehtiyac olduğu vurğulanıb, dialoq və diplomatiyanın vacibliyi önə çəkilib.

XİN rəhbərləri Yaxın Şərq və Körfəz bölgəsində sülh və sabitliyin təşviqinə yönəlmiş beş bəndlik Pakistan-Çin təşəbbüsünü xüsusi qeyd ediblər.

Bəhreynin xarici işlər naziri Abdullətif bin Rəşid əl-Zayani Pakistanın bölgədə sülh və sabitliyə yönəlmiş dialoq səylərini yüksək qiymətləndirib.

Hər iki tərəf həmçinin çoxtərəfli səylər, o cümlədən BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətlər ətrafında fikir mübadiləsi aparıb və sıx əlaqədə qalmağa razılaşıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM