satellite   Azerspace-1: 11135 H 30000

Volodimir Zelenski: Ukrayna ABŞ-yə Rusiya ilə Pasxa atəşkəsi barədə sorğu göndərib

Volodimir Zelenski: Ukrayna ABŞ-yə Rusiya ilə Pasxa atəşkəsi barədə sorğu göndərib

Kiyev ABŞ-yə Pasxa dövründə atəşkəslə bağlı sorğu göndərib, lakin amerikalı tərəfdaşların bu təşəbbüsü Rusiyaya çatdırıb-çatdıra bilməyəcəyi hələ ki aydın deyil.

NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Rusiyanın guya belə bir addıma hazır olmaması ilə bağlı mediada yer almış reaksiya ilə artıq tanış olub:

"Lakin bu cavabın nə dərəcədə ciddi olması sual altındadır. Biz hamımız media məkanında onların cavabını gördük: onlar (Rusiya - red.) guya buna hazır deyillər. Bu cavabın nə dərəcədə ciddi olduğu mənə aydın deyil. Biz sorğumuzu ABŞ tərəfinə təqdim etdik. Onların öz mesajlarını da çatdırmaq imkanı olub-olmayacağını bilmirəm. Pasxa atəşkəsi ilə bağlı təklifimiz qüvvədədir".

Zelenski həmçinin əlavə edib ki, Ukrayna ABŞ-nin danışıqlara qatılan nümayəndə heyətini Kiyevə dəvət edib:

"Nümayəndə heyəti indiki şəraitdə – İranla müharibənin getdiyi bir vaxtda Kiyevə gəlmək üçün mümkün olan hər şeyi edəcək. Bu, texniki qruplar səviyyəsində üçtərəfli görüşün alternativ variantıdır. ABŞ qrupu bizə gələ, bizdən sonra isə Moskvaya gedə bilər. Əgər üçlü formatda alınmırsa, gəlin belə edək – növbə ilə. Bizim təklifimiz belədir".

Ukrayna lideri vurğulayıb ki, Kiyev PURL proqramı vasitəsilə silah tədarükünün dayandırılmasının mümkünlüyü barədə heç bir məlumat almayıb:

"Bu, çox vacib məsələdir. Lakin hazırda bununla bağlı məlumat yoxdur".

Zelenski qeyd edib ki, Ukrayna "PAC-3" raketlərinin tədarükü məsələsini qaldırır, lakin bunun üçün ABŞ-nin icazəsi lazımdır:

"Bu məsələ yalnız konkret ölkələrdən deyil, həm də ABŞ-dən asılıdır. Bu sistemlərin bizə yenidən satılması və ya verilməsi üçün də icazə lazımdır. Bəzi ölkələrlə qərarları artıq razılaşdırmışıq və hazırda onlar ABŞ ilə işləyirlər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM