satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Körfəz ölkələrinə ixracı kəskin şəkildə azalıb

Türkiyənin Körfəz ölkələrinə ixracı kəskin şəkildə azalıb

İran ətrafındakı gərginlik fonunda Türkiyənin Körfəz ölkələrinə ixracı kəskin şəkildə azalıb.

NTV Türkiyə Ticarət Nazirliyinə istinadla xəbər verir ki, 2025-ci ilin sonuna qədər Körfəz ölkələrinə ümumi ixracın həcmi 31,1 milyard dollar təşkil etsə də, 2026-cı ilin mart ayında bu rəqəm ötən ilin eyni ayı ilə müqayisədə 815 milyon dollar və ya 37 faiz azalaraq 1,3 milyard dollara düşüb.

Qətər bazarı artan geosiyasi gərginlik fonunda ən böyük itkini qeydə alıb və burada bir ayda 83 faiz azalma qeydə alıb.

Logistika üstünlükləri və türk brendlərinə yüksək tələbat sayəsində Körfəzi bölgəsi bu yaxınlara qədər Türkiyə üçün vacib bazar hesab olunurdu.

Medianın xəbərlərinə görə, hazırkı vəziyyətdə türk şirkətləri ixracı Şərqi Avropaya və Türk dünyasına yönləndirməyə çalışır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM