satellite   Azerspace-1: 11135 H 30000

İran Küveytin neft zavoduna dronlarla hücum edib

İran Küveytin neft zavoduna dronlarla hücum edib

İran cümə günü səhər saatlarında dronlar vasitəsilə Küveytin “Mina əl-Əhmədi” neft emalı zavoduna və onun ixrac mərkəzinə hücum edib.

NTV xəbər verir ki, Küveytin KUNA dövlət xəbər agentliyinin məlumatına görə, hücumlardan sonra paytaxtdan 45 kilometr cənubda yerləşən zavodda yanğın baş verib.

Ərəb ölkəsinin Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri hazırda İranın ballistik raket və dron hücumlarını dəf edir.

Xatırladaq ki, bu, İranın “Mina əl-Əhmədi” neft emalı zavoduna ilk hücumu deyil. Martın 20-də qeydə alınan öncəki hücum nəticəsində zavodun bəzi bölmələrinə ciddi zərər dəymişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM