satellite   Azerspace-1: 11135 H 30000

Böyük Britaniyada deputatlara qarşı təhdidlər artır

Böyük Britaniyada deputatlara qarşı təhdidlər artır

Böyük Britaniyada deputatlara qarşı artan təhdidlərin qarşısını almaq üçün polisə yeni dəstək təklif olunub.

NTV BBC-yə istinadla xəbər verir ki, ölkə üzrə polis qüvvələrinə deputatlara qarşı yönəlmiş təhdid və zorakılıq hallarının araşdırılması və qarşısının alınması məqsədilə yeni yaradılmış Milli demokratiyanın qorunması bölməsi tərəfindən xüsusi dəstək veriləcək. Bu təşəbbüsə rəhbərlik etmək polis rəisi Kris Balmerə həvalə olunub.

Məlumata görə, deputatlara qarşı törədilən cinayət hallarının sayı 2019-cu ildən bəri iki dəfədən çox artaraq ötən il təxminən minə çatıb. Artım əsasən təqib, əmlaka ziyan vurma və ölüm təhdidləri ilə bağlıdır.

Deputatlar bildiriblər ki, ölüm təhdidləri artıq adi hal alıb və bunların əksəriyyəti barədə polisə məlumat verilmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM