İranın cənubundakı Buşehr şəhəri yaxınlığında bir neçə partlayış qeydə alınıb.
NTV xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, raket buraxılış qurğuları hədəfə alınıb.
İran tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
